AZ
942
30 May 2022

Təşkilati inkişaf - Təşkilati inkişaf şöbəsinin Biznes Partnyoru (Agile üzrə)

Struktur bölmə: İnsan resursları və korporativ kommunikasiya departamenti, Təşkilati inkişaf şöbəsi
Vəzifə: Təşkilati inkişaf şöbəsinin Biznes Partnyoru (Agile üzrə)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 30 may 2022

Vəzifə Öhdəlikləri:
1. Agile komandaların işçilərinin xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirmək və nəticələr üzrə tədbirlər görmək:
• Əmək qanunvericiliyi ilə müəyyən olunmuş qaydada işçilərin attestasiyasını keçirmək, attestasiyanın nəticələrini təhlil etmək, attestasiya komissiyasının qərarlarının icrasında iştirak etmək və dəstək olmaq;
• Xidməti fəaliyyətin qiymətləndirilməsinin nəticələrinə əsasən, maddi motivasiya planlarını, karyera inkişaf planlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Xidməti fəaliyyətin qiymətləndirilməsində obyektivliyin təmin olunmasına nail olmaq məqsədilə müvafiq maarifləndirmə işlərini həyata keçirmək;
3. İşçilərin peşəkarlığını və fərdi keyfiyyətlərini inkişaf etdirmək:
• Xidməti fəaliyyətin və səriştələrin qiymətləndirilməsi proseslərinin nəticələrinə əsasən meydana çıxmış inkişaf ehtiyaclarına, həmçinin, struktur bölmələr tərəfindən edilən müraciətlərə əsasən işçilərin inkişaf ehtiyacları ilə əlaqədar təhlillər aparmaq və zəruri tədbirləri görmək
• Təsdiqlənmiş təlim planını icra etmək;
• İşçilərin və biznesin inkişafına faydalı ola biləcək müvafiq profilli təlim və tədris müəssisələri ilə qarşılıqlı əməkdaşlıq fəaliyyəti qurmaq;
• İnkişaf ehtiyaclarının ödənilməsi məqsədilə təlim proqramları hazırlanmasına və xarici və yerli mütəxəssisləri cəlb etməklə fərdi və qrup şəklində təlimlərin, seminarların, konfrans və işgüzar görüşləri təşkil etmək.
4. İşçilərin maddi motivasiyasının təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin icrası və mükafatlandırma sistemini hazırlamaq:
• İşçilərin mükafatlandırılması üzrə qayda və prosedurların hazırlanmasında iştirak etmək;
• Mükafat sisteminə təsir edən faktorları müəyyənləşdirmək.
5. Adaptasiya proqramını (işə uyğunlaşdırma proqramı) təşkil etmək:
• Yeni işçilərin peşə vərdişi əldə etməsi üçün onları daha təcrübəli işçilərə həvalə edilməsini və bunun nəticələrinin sənədləşdirilməsini təmin etmək;
• Yeni işçilərin müvafiq qayda və təlimatlarla (Cəmiyyət, onun fəaliyyəti, daxili intizam qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası və s.) tanış edilməsi və təlimatlandırılmasını və bu məqsədlə əlaqədar struktur bölmələrin cəlb edilməsini təmin etmək;
6. Korporativ kitabxananın təşkilində iştirak etmək:
• Həm Elektron, həm kağız daşıyıcılarında olan, video və audio materialları toplamaq, arxivləşdirmək, saxlamaq və istifadə olunması işini təşkil etmək;
• Əməkdaşların iştirak etdiyi təlim, seminar və konfranslar zamanı təqdim edilmiş materialların korporativ kitabxanaya təqdim edilməsini təmin etmək;
7. Şirkət üzrə əsas fəaliyyət göstəriciləri metodikasının hazırlanmasında və tətbiqində iştirak etmək:
• Şirkət üzrə əsas fəaliyyət göstəricilərinin planlaşdırılması, monitorinqi və qiymətləndirilməsi proseslərində iştirak etmək və digər şöbələrə dəstək olmaq.
8. Şirkətin növbəti period üzrə strategiyasının hazırlanmasında iştirak etmək və strategiyanı dəstəkləyən təşəbbüslər hazırlamaq:
• Strateji hədəflərdən irəli gələn inkişaf ehtiyaclarının təmin edilməsi məqsədilə zəruri təkliflər vermək;
• Strategiyanın tətbiqindən irəli gələn dəyişikliklərin tətbiqində və şirkət tərəfindən mənimsənilməsi prosesində iştirak etmək
9. Effektivliyin artırılması məqsədilə proseslərin optimizasiyası üçün daim həll yollarını axtarmaq və təkliflər vermək.
10. Şirkətdaxili mədəniyyətin formalaşdırılması və aşkar edilmiş problemlərin aradan qaldırılması məqsədilə daim təşəbbüslər irəli sürmək, təşəbbüslərdən irəli gələn zəruri tədbirlər planını hazırlamaq, icra etmək və nəticələrini təhlil etmək.
11. İnsan resurslarının idarəedilməsi üzrə daim innovativ yanaşmalar tətbiq etmək, dünya üzrə digər şirkətlərin təcrübələrini öyrənmək və yeniliklərlə bağlı təkliflər vermək.
12. Agile perimetrdə işçiyə yaranan ehtiyacın təhlili və bu ehtiyaca uyğun işə qəbul prosesinin icrası

Namizədə olan tələblər:
İş təcrübəsi: İşə qəbul, Təlim və inkişaf və Biznes Partnyoru kimi 1 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
Üstünlüklər: Rus dili biliyi. SHRM, CMPD, CHRİ və s. beynəlxalq sertifikata malik olması
Kompüter bilikləri: MS Office: orta
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, geniş perspektiv, keyfiyyət yönümlülük, dinamikanı anlamaq

İmtiyazlar
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə