Əməyin mühafizəsi üzrə mühəndis
İnzibati işlər şöbəsi
Vəzifə Öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik işini təşkil və nəzarət etmək;
- Əməyin mühafizəsi üzrə qanunvericilik və normativ tələblərə əməl olunmasını təmin etmək;
- İşçilərə giriş, növbəti və növbədənkənar təhlükəsizlik təlimatlarını keçmək və sənədləşdirmək;
- Təlimatların və bilik yoxlamalarının düzgün aparılmasına nəzarət etmək;
- Bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üzrə tədbirlər hazırlamaq;
- İllik əməyin mühafizəsi tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
- İş yerlərində mütəmadi təhlükəsizlik yoxlamaları aparmaq və aşkar edilmiş nöqsanların aradan qaldırılmasını təmin etmək;
- İşçilərin tibbi müayinələrinin və təhlükəsiz əmək şəraitinin təşkilinə nəzarət etmək;
- Yanğın təhlükəsizliyi, sanitariya-gigiyena, ventilyasiya və işıqlandırma tələblərinə əməl olunmasını yoxlamaq;
- Əməyin mühafizəsi üzrə yazılı göstərişlər hazırlamaq və icrasını nəzarətdə saxlamaq;
- Əməyin mühafizəsi üzrə aylıq və illik hesabatlar hazırlamaq;
- Zəruri hallarda rəhbərliyin tapşırığı ilə aidiyyəti qurumlarda müəssisəni təmsil etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:orta
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.