AZ
942

Korporativ hüquq söbəsi - Korporativ hüquq şöbəsinin təcrübəçisi

Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Korporativ hüquq şöbəsi

Korporativ hüquq şöbəsinin təcrübəçisi

Son müraciət tarixi : 30 iyun 2026

 

Vəzifə Öhdəlikləri:

- Satınalma ilə bağlı xırda məbləğli alış sənədlərinin, qiymət razılaşdırılması protokollarının və əlavələrin ilkin analizi;
- Kənar strukturlardan daxil olan məktubların ilkin analizi;
- Korporativ hüquq tərəfindən göndərilməli olan məktubların ilkin draftlarının hazırlanması;
- Vəkil sorğularının cavablandırılmasına dəstək;
- Mərkəzi Bankdan daxil olan lisenziyası ləğv və bərpa edilən sığorta vasitəçiləri ilə bağlı məktublar üzrə sığorta vasitəçiləri reyestrinin yoxlanılması, uyğunluğun olub-olmamasına baxılması və cavablandırmaya dəstək;
- Sığorta vasitəçilərinin reyestrinin yenilənməsi və imzalanmış sənədlərin aidiyyəti strukturlara göndərilməsi;
- Yerli və beynəlxalq qanunvericilik, tənzimləyici yanaşmalar və qabaqcıl təcrübələrin araşdırılmasına dəstək;
- İmza səlahiyyətləri və elektron təsdiq vasitələri ilə bağlı daxil olan sorğuların izlənilməsi və ehtiyacın yaranması səbəbinin ilkin araşdırılması;
- Elektron məhkəmə sisteminin yoxlanılması, məhkəmə işləri reyestrinin yenilənməsi və iclasların kalendara salınması;
- Etibarnamələr üzrə ilkin baxışın aparılması;
- Sığorta fəaliyyətinə təsir edə biləcək, habelə hüquqi tənzimləməyə əhəmiyyətli təsir edən Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin qərarlarının izlənilməsi, ilkin analizi və məlumat verilməsi.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə təcrübə tələb olunmur.
Təhsili: İstənilən sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla
Kompüter bilikləri: MS Office:yaxşı səviyyə.
Üstünlüklər:

- Hüquq ixtisası üzrə ali təhsil;

-Korporativ mühitdə iş təcrübəsinə sahib olmaq;

-İngilis və rus dillərini yaxşı səviyyədə bilmək.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə