Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi
Təşkilati və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi
Son müraciət tarixi : 4 iyun 2026-cı il
Vəzifə Öhdəlikləri:
- Şirkət üzrə risklərin müəyyənləşdirilməsi, ehtimal və təsir baxımından qiymətləndirilməsi, risk xəritələrinin hazırlanması və mütəmadi yenilənməsi prosesinin koordinasiya edilməsi;
- Əsas risk indikatorlarının (KRI) və Risk İştahası Çərçivəsi (RAS) üzrə limitlərin monitorinqinin həyata keçirilməsi, limit pozuntuları və kritik risk hadisələri üzrə vaxtında eskalasiya prosesinə nəzarət edilməsi;
- İdarə Heyəti, Risk Komitəsi, CRO və digər aidiyyəti idarəetmə orqanları üçün risk hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Təsdiq edilmiş risk limitlərinə riayət olunmasına nəzarət və limit istifadəsi üzrə təhlillərin aparılması;
- Risklərin idarə olunması siyasətləri, metodologiyaları və prosedurlarının tətbiqi, təkmilləşdirilməsi və effektivliyinin artırılması üzrə təşəbbüslərin irəli sürülməsi və icrasının koordinasiya edilməsi;
- Risk iştahası, risk tolerantlığı və limitlərin müəyyən edilməsi prosesində iştirak və aidiyyəti struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- ORSA (Own Risk and Solvency Assessment) prosesinə dəstək göstərilməsi, risklərin kapital adekvatlığına və maliyyə dayanıqlılığına təsirinin qiymətləndirilməsi;
- ESG risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, monitorinqi və hesabatlılıq proseslərinin həyata keçirilməsində iştirak və əlaqələndirmə funksiyasının icrası;
- Şirkət daxilində risk mədəniyyətinin inkişaf etdirilməsi, maarifləndirmə və təlim təşəbbüslərinə dəstək göstərilməsi; Komandanın gənc üzvlərinə mentorluq edilməsi;
- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Əlaqəli sahələrdə (risklərin idarə olunması, maliyyə, sığorta, daxili audit və s.) minimum 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.
Dil bilikləri: İngilis dili:əla
Üstünlüklər: Sertifikatların olması üstünlükdür
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.