AZ
942

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi - Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi

Risklərin idarəedilməsi departamenti, Təşkilatı və model risklərin idarə edilməsi şöbəsi

Təşkilatı və model risklərin idarə edilməsi şöbəsinin baş mütəxəssisi (Validasiya / Model risklərinin idarə edilməsi üzrə)

Son müraciət tarixi : 4 iyun 2026-cı il

 

Vəzifə Öhdəlikləri:

- Riyazi və kəmiyyət əsaslı modellərin validasiya proseslərinin planlaşdırılması, prioritetləşdirilməsi və icrasına rəhbərlik edilməsi, validasiya nəticələrinin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarətin təmin edilməsi;

- Xarici validasiya şirkətləri (third-party validatorlar) ilə əməkdaşlığın idarə edilməsi, validasiya çərçivəsinin müəyyənləşdirilməsi və təqdim olunan nəticələrin müstəqil şəkildə qiymətləndirilməsi;

- Model sahibləri, model tərtibatçıları və digər aidiyyəti şəxslərlə əməkdaşlığın həyata keçirilməsi;

- Model və ya alət kimi istifadə olunan kəmiyyət metodlarının təsnifatı, model dərəcəsinin müəyyənləşdirilməsi, model riski səviyyəsinin monitorinqi, Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq modelin tərtibatı və modifikasiyasının əsaslandırılmasının qiymətləndirilməsi, həmçinin model riski üzrə hesabatların hazırlanması prosesində iştirak və həmin prosesin idarə edilməsi;

- Model risklərinin idarə olunması üzrə metodologiya, prosedur və daxili alətlərin davamlı təkmilləşdirilməsi, avtomatlaşdırılması və effektivliyinin artırılması istiqamətində təşəbbüslərin irəli sürülməsi;

- Komandanın gənc üzvlərinə mentorluq edilməsi;

- Öz səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirilməsi.


Namizədə olan tələblər:

İş təcrübəsi: Risklərin idarə olunması, model validasiyası və ya digər əlaqəli sahələr üzrə minimum 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə ali təhsil tələb olunur.

Dil bilikləri: Azərbaycan dili:əla, İngilis dili:əla
Üstünlüklər: Dataiku platformasında işləmə bacarığı, AI modelləri üzrə biliklərin olması.
Kompüter bilikləri: MS Office:əla Python/R: əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.



Biz nə təklif edirik:

- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;

- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;

     - Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;

     - Ödənişsiz dayanacaq imkanının təmin olunması;

          - “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;

           - İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə