AZ
942

Korporativ sığorta şöbəsi - Korporativ sığorta şöbəsinin sektor müdiri

Satış departamenti, Korporativ sığorta şöbəsi

Korporativ sığorta şöbəsinin sektor müdiri

Son müraciət tarixi : 16 may 2026

 

Vəzifə Öhdəlikləri:

- Mövcud bank və digər satış kanalları üzrə sığorta məhsullarının satış həcmini artırmaq və illik/aylıq/rüblük planların icrasını təmin etmək;
- Satış proqnozlarını və potensialını dəqiqləşdirmək üçün məlumat toplamaq, nəticələrə əsaslanaraq qərarlar vermək;
- Bank və alternativ satış kanalları ilə mövcud əməkdaşlığı qoruyub saxlamaq, uzunmüddətli münasibətlərin inkişaf etdirilməsini təmin etmək;
- Yeni bank və alternativ satış kanallarını cəlb etmək, potensial imkanları müəyyənləşdirərək əməkdaşlıqlar qurmaq;
- Bankların, alternativ kanalların və müştərilərin ehtiyaclarını anlamaq, həmin ehtiyaclara uyğun məhsul və xidmətlərin hazırlanmasında iştirak etmək və tərəfdaşlara fayda gətirən, hər iki tərəfin qazandığı əməkdaşlıq mühitini yaratmaq;
- Satış proseslərinin səmərəliliyini artırmaq üçün effektivlik meyarları tətbiq etmək, mövcud resurslardan daha düzgün istifadə yollarını tapmaq və davamlı olaraq yeni imkanlar, metodlar və texnologiyalar axtarmaq;
- Müştəri ilə təmas nöqtələrində (filiallar və s.) satış prosesini izləmək, satışın dayandığı mərhələləri müəyyənləşdirərək aradan qaldırmaq.
- Bank seqmenti üzrə bazarı və rəqib mühitini izləmək, benchmarkları təhlil etmək və rəhbərliyə uyğun təkliflər təqdim etmək;
- Rəqiblərin satış strategiyaları və taktikaları barədə məlumat toplamaq və rəqabət üstünlüyü üçün proaktiv addımlar atmaq;
- Əməkdaşların fəaliyyətinə rəhbərlik etmək, performans və motivasiyanı idarə etməklə yanaşı, onların peşəkar inkişafına dəstək olmaq, komandanın bilik və bacarıqlarını artıraraq davamlı olaraq güclü nəticələr əldə etmək;
- Bank və alternativ kanallar üzrə fəaliyyətin monitorinqi üçün data tələblərini müəyyənləşdirmək, analitik komandaların hazırladığı hesabatları izləmək və biznesə təsir edən məsələlərdə vaxtında tədbirlər görmək;
- Sektor üzrə illik biznes planının hazırlanmasında iştirak etmək və planın icrasına nəzarət etmək;
- Şirkətin strategiyasına uyğun olaraq sektorun fəaliyyətlərini planlaşdırmaq, izləmək və zəruri hallarda təkmilləşdirmə təşəbbüsləri irəli sürmək;
- Sektorun fəaliyyətini digər daxili strukturlarla inteqrasiya etmək və əsas maraqlı tərəflərlə effektiv əməkdaşlığı təmin etmək.

Namizədə olan tələblər:

Təhsili: Tətbiqi Riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
İş təcrübəsi: Biznes, Maliyyə və Marketinq sahəsində minimum 4–5 il iş təcrübəsi tələb olunur.
Üstünlük : Bank, sığorta və ya bankassurance (bancassurance) sahəsində təcrübə üstünlükdür.
Dil bilikləri: Azərbaycan dili – əla, İngilis dili – yaxşı, Rus dili – yaxşı səviyyə.
Kompüter bilikləri: MS Office və Outlook proqramları:yaxşı səviyyə.
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 


 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə