942

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi - Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi

Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin mütəxəssisi

Son müraciət tarixi : 27 aprel 2026

 

Vəzifə Öhdəlikləri:

- Şirkətin fəaliyyəti nəticəsində yaranan maliyyə risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi, minimallaşdırılması və idarə olunması üzrə mövcud tənzimləyici nəzarət çərçivəsinin tətbiqinə və təkmilləşdirilməsinə dəstək verilməsi;

- Maliyyə risklərinin ölçülməsi üçün alətlərin və modellərin qurulması;

- Maliyyə risklərinin ölçülməsi üzrə siyasət və qaydaların icrasına nəzarət edilməsi;

- Maliyyə riskləri üzrə hesabatlığın hazırlanması;

- Şirkətin strateji hədəflərinə uyğun olaraq maliyyə riskləri ilə bağlı risk iştahasının müəyyənləşdirilməsi üzrə təkliflərin verilməsi, göstəricilərin yenilənməsi, həmçinin Risk İştahası Bəyannaməsinə dəyişikliklərin edilməsi və yeni metriklərin əlavə olunması üzrə təkliflərin verilməsi;

- Aidiyyəti struktur bölmələrlə birgə həssaslıq (stress) testlərinin həyata keçirilməsində iştirak edilməsi;

- Şirkətin risk iştahası, strategiyası və kapitalın bölüşdürülməsi arasında uyğunluğun təmin edilməsi məqsədilə Solvency modelinin formalaşdırılmasında iştirak edilməsi, kredit və bazar riskləri üzrə müxtəlif ssenarilər əsasında kapital tələbinin formalaşdırılması ilə bağlı təkliflərin verilməsi;

- Maliyyə riskləri üzrə Risk Sağlamlıq İndeksinin hesablanmasında kəmiyyət göstəricilərinin hesablanmasına nəzarət edilməsi və keyfiyyət göstəricilərinin qiymətləndirilməsində iştirak edilməsi;

- Risk mədəniyyətinin artırılması ilə bağlı fəaliyyətlərin həyata keçirilməsində iştirak edilməsi;

- İnvestisiya portfelinin mütəmadi monitorinqinin aparılması, nəticələrin təhlil edilməsi, aşkarlanan risklərin nəzarətdə saxlanılması və risklərin minimallaşdırılması (limitlər və s.) üzrə təkliflərin verilməsi.
 

Namizədə olan tələblər:
İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarə edilməsi sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.

Təhsili: Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:əla.
Üstünlüklər: Python biliyinə malik olmaq, CFA və FRM sertifikatlarına sahib olmaq.
Kompüter bilikləri: MS Office:əla
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.


Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 



 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə