942

Data analitikası və hesabat bölməsi - Data analitika və hesabat bölməsinin rəhbəri

Data mərkəzi, Data analitikası və hesabat bölməsi

Data analitika və hesabat bölməsinin rəhbəri

Son müraciət tarixi : 30 aprel 2026

 

Vəzifə Öhdəlikləri:

• Biznes tələblərinin təhlili, mövcud biznes proseslərinin anlamaq və mövcud məlumatlar əsasında analitik təhlillərin aparılaraq, həllərin biznes ehtiyaclarına uyğun dizayn edilməsi;
• Müxtəlif mənbələrdən məlumatların toplanması, transformasiyası və aqreqasiyası əsasında idarəetmə və operativ qərarların verilməsi üçün hesabatların hazırlanması;
• Məlumatlara əsaslanan qərarverməni dəstəkləyən BI hesabatları, dashboardlar və KPI monitorinq sistemlərinin qurulması;
• Təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və proseslərin optimallaşdırılması;
• Strateji qərarların dəstəklənməsi üçün analitik təhlillərin, proqnozların və ssenarilərin hazırlanması, Data Warehouse və Data Lake konseptlərinin anlayışı və istifadə prinsiplərinin tətbiqi;
• Məlumatların təmizlənməsi, standartlaşdırılması, deduplikasiyası və keyfiyyətinin təmin edilməsi;
• Müxtəlif sistemlərdən məlumatların inteqrasiyası, vahid və istifadə oluna bilən data strukturlarının formalaşdırılması;
• Data keyfiyyətinin ölçülməsi və artırılması üçün metodologiyaların və nəzarət mexanizmlərinin tətbiqi;
• Data modellərinin qurulması, data axınlarının və arxitekturasının sadələşdirilmiş şəkildə dizayn edilməsində iştirak və biznes tələbin tərcümə edilməsi;
• Data Warehouse və Data Lake mühitlərində məlumatların saxlanılması və normallaşdırılması prinsiplərinin idarə olunması haqqında məlumatlı və təcrübəli olması;
• Mürəkkəb statistik analiz, və maşın öyrənməsi konseptləri əsasında proqnozlaşdırıcı analitik yanaşmaların tətbiqi, staistik və maşın öyrənmə modelinin qurulması zamanı analitik risk yanaşmalarının və model məntiqinin başa düşülməsi və tətbiqi;
• Maliyyə analizini və risk hesabatlarını oxumaq,anlamaq və həmin göstəricilərin performans, gəlirlilik, risk aspektindən analitik həllərdə çarpaz istifadəsinin təmin edilməsi;
• Analitik nəticələrin texniki və qeyri-texniki maraqlı tərəflərə aydın, strukturlaşdırılmış və biznes yönümlü şəkildə təqdim edilməsi;
• Data layihələri üzrə tələblərin toplanması, prioritetləşdirilməsi və icrasının koordinasiyasını təşkil edilməsi;
• SQL, Excel,Python, R və digər analitik alətlərdən istifadə etməklə data ilə bağlı texniki tapşırıqların icras
ı;
• Texniki sənədləşmənin aparılması və analitik həllərin davamlılığının təmin edilməsi.

Namizədə olan tələblər:

İş təcrübəsi: Data sahəsi üzrə üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili: İqtisadiyyat, Maliyyə, Menecment, İT, Riyaziyyat, Data Elmləri ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Rus dili:orta , İngilis dili:yaxşı.
Kompüter bilikləri: MS Excel:əla , PowerBI:əla , Visio:orta , MSSQL(T-SQL):əla , PostgreSQL:əla , R Language:orta , MS PowerPoint:əla , MS Office:əla , Pyhton:əla.
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə