Anderraytinq, təkrarsığorta və qiymətləndirmə departamenti,Qiymətləndirmə və portfel analizi söbəsi
Qiymətləndirmə və portfel analizi şöbəsinin eksperti
Son müraciət tarixi : 31 mart 2026
Vəzifə Öhdəlikləri:
- Baza sığorta tariflərinin formalaşdırılması və iqtisadi əsaslandırılması, metodologiyasının işlənib hazırlanması;
- Tarifin və zərərlilik əmsalının hesablanmasında qabaqcıl təcrübənin tətbiq edilməsi;
- Sığorta məhsulları portfelinin akkumulyasiya və diversifikasiya baxımından təhlili və zərərliliyinin qiymətləndirilməsi işinə başçılıq etmək;
- Şöbədaxili riskləri müəyyən etmək, qiymətləndirmək və aradan qaldırmaq;
- Sığortaçının könüllü sığorta sinifləri üzrə sığorta qaydalarındakı tariflərin iqtisadi əsaslandırılması;
- Həyatın yığım sığortası müqavilələri üzrə sığortaolunanlara verilən borcların son həddinin müəyyən olunması;
- Müxtəlif sığorta məhsulları üzrə qiymətlərin və hesablamaların elektron sistemə inteqrasiya olunması və təkmilləşdirilməsi prosesində iştirak etmək;
- Partnyor banklara və digər təşkilatlara qiymət təklifinin təqdim olunmasına nəzarət;
- Təkrarsığorta üzrə şəxsi tutumun müəyyən edilməsi metodologiyasının işlənib hazırlanması və təkliflərin verilməsi;
- Müvafiq sığorta məhsulları üzrə xitam prosesinin işlənib hazırlanması və sistemə inteqrasiyasının təmin olunması;
- Audit yoxlaması zamanı tədbirlər planını icra etmək , icrasına nəzarət etmək;
- Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək
- Buraxılmış müqavilə və əlavələr üzrə monitorinqin aparılması və nəticələri barədə məlumatlandırma;
- Mövcud məhsulların qiymətləndirilməsi ilə bağlı digər strukturlardan daxil olan sualların cavablandırılması;
- Şirkət daxilində ehtiyac yarandıqca əməkdaşlarının məhsul biliklərinin artırılması məqsədi ilə təşkil olunan təlimlərdə təlimçi kimi iştirak;
- Risk iştahası bəyannaməsində qeyd edilən ölümün reallaşması üzrə metriklərin hesablamalarını (saya və məbləğə nəzərən) icra etmək və nəzarətdə saxlamaq.
Namizədə olan tələblər:
İş təcrübəsi: Aktuar sahəsi üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Kompüter elmləri, Aktuar elmləri, Maliyyə, İnformatika üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta
Kompüter bilikləri: MS Office:əla
Üstünlüklər:
- Tətbiqi riyaziyyat, İqtisadiyyat, Statistika, Riyaziyyat, Aktuar üzrə magistr dərəcəsinin olması,
- Aktuari şəhadətnaməsinin olması
- Beynəlxalq və yerli aktuar imtahanlarından uğurla keçməsi
- SQL, R, Python, MS Excel-VBA biliklərin olması
Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.