İnzibati işlər şöbəsi
İnzibati işlər şöbəsinin nəqliyyat koordinatoru
Son müraciət tarixi: 13 fevral 2026-cı il
Vəzifə Öhdəlikləri:
- Nəqliyyat vasitələrinin hərəkətinin planlaşdırılması və izlənilməsi;
- Marşrutların və sürücülərin iş qrafiklərinin təşkil edilməsi;
- Sürücülərlə daimi əlaqənin saxlanılması və onlara təlimatların verilməsi;
- Şirkət əməkdaşlarının nəqliyyat ehtiyacının təmin edilməsi;
- Nəqliyyat sistemində nəqliyyat sifarişlərinin qəbul edilməsi və əməkdaşlar üçün nəqliyyat vasitələrinin təyin edilməsi və sifarişlərin vaxtında cavablandırılması;
- Nəqliyyat vasitələrinin müntəzəm texniki baxışdan keçirilməsinin təmin edilməsi;
- Nəqliyyat vasitələrinin icbari və kasko sığortalarının müntəzəm yenilənməsinin təşkil edilməsi;
- Yoxlama siyahısı əsasında nəqliyyat vasitələrinin təmizlik və sazlıq vəziyyətinin həftəlik yoxlanılması;
- Nəqliyyat vasitələrinin müntəzəm təmizlənməsinin təşkil edilməsi;
- Nəqliyyat vasitələrinin sazlığına nəzarət edilməsi və sıradan çıxmış ehtiyat hissələrinin təmirinin və ya yenisi ilə vaxtında əvəz edilməsinin təşkil edilməsi;
- Nəqliyyat vasitələrinin üzərində reklam daşıyıcılarının yerləşdirilməsi və bununla bağlı sənədləşmə işlərinin aparılması;
- Nəqliyyat vasitələrinin yanacaq sərfiyyatı və kilometraj üzrə analizlərin aparılması və hesabatların hazırlanması;
- Yanacaq kartlarının hər ay müəyyən edilmiş limitlərə riayət olunmaqla yenidən yüklənməsinin təşkil edilməsi;
- Nəqliyyat əməliyyatları ilə bağlı müvafiq sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi.
Namizədə olan tələblər:
İş təcrübəsi: Nəqliyyat koordinatoru və ya əlaqəli sahə üzrə 2 il iş təcrübəsi tələb olunur.
Təhsili: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
Dil bilikləri: Azərbaycan dili : əla
Kompüter bilikləri: MS Office : əla
Üstünlüklər:
- Qanunvericilik üzrə biliklər, sahə üzrə funksional baza biliklərinə sahib olmalı;
- Çalışqan, təşəbbüskar, məsuliyyətli və enerjili olmalı;
- Bakı şəhərini mükəmməl tanımalı;
- Yol-nəqliyyat işinin təşkilini bilməli.
Biz nə təklif edirik:
- Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
- Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
- Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
- Ödənişsiz dayanacaq imkanının təmin olunması;
- “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
- İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.