942

- Seçim - - Agile kouç

Agile idarəetmə mərkəzi

Agile kouç

Son müraciət tarixi: 17 yanvar 2026

Vəzifə Öhdəlikləri:

  1. Cəmiyyət səviyyəsində Agile transformasiyanın həyata keçirilməsi, Agile düşüncə tərzinin formalaşdırılması və davamlı inkişafının təmin edilməsi.
  2. Agile transformasiya proqramı çərçivəsində strukturun, əməliyyat modelinin, rolların və proseslərin qurulması, təşəbbüslərin icrası və hesabatlılığın təmin edilməsi.
  3. Qəbul olunmuş Agile metodologiyasının tətbiqi, yenilənməsi, sənədləşdirilməsi və daxili normativ sənədlərin prosedurlara uyğun olaraq vaxtında aktual saxlanılması.
  4. Fərdi, komanda və liderlər səviyyəsində Agile coaching və Agile yanaşma üzrə təlimlərin keçirilməsi.
  5. Yeni agile komandaların, tribe və digər agile strukturların qurulmasında iştirak və bu komandalarda Agile yanaşmanın tətbiqinin təmin edilməsi.
  6. Agile və ənənəvi komandalar arasında proseslərin sinxronizasiyası, risklərin idarə edilməsi və əməkdaşlığın gücləndirilməsi.
  7. Məhsul sahibləri və komandalar üçün Agile görüşlərin (events), təslimat, QBR və məhsulyaratma proseslərinin idarə olunması və təkmilləşdirilməsi.
  8. Agile prinsipləri əsasında komandaların fəaliyyətinə mane olan problemlərin aradan qaldırılması, özünüidarəetmənin və komanda ruhunun gücləndirilməsi.
  9. Agile bilik və təcrübəsinin paylaşılması, davamlı inkişaf mədəniyyətinin təşviqi və komandaların uğur və problemlərinin tanınmasının dəstəklənməsi.
  10. Əməliyyat riski və ya insident aşkar edildikdə, daxili normativ sənədlərə uyğun olaraq müvafiq strukturların vaxtında məlumatlandırılması.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Agile sahəsi üzrə 3-5 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Biznesin idarə edilməsi, layihə menecmenti, HR, strateji idarəetmə və ya İT (kompüter elmləri, informasiya sistemləri və s.) üzrə bakalavr dərəcəsi (proqramlaşdırma bacarığı tələb olunmur, texniki sistemlər üzrə anlayış vacibdir).
Dil bilikləri: Azərbaycan dili:əla , İngilis dili:orta , Rus dili:orta

Kompüter bilikləri: MS Office:əla , MS Outlook:əla , MS PowerPoint:əla , MS Word:əla
Üstünlüklər:

1. Biznes səviyyəsində transformasiya təşəbbüslərində iştirak/təşəbbüsləri aparmaq
2. Proqressiv şirkətin tərkib hissəsi kimi müxtəlif istiqamətlərdə və səviyyələrdə fəaliyyət/əməkdaşlıq
3. Bütöv bir biznes istiqamətinə (stream) kouçinq/fasilitasiya dəstəyi göstərmək və Agile liderlərlə sıx əməkdaşlıq
4. Güclü komandada və tələbkar mühitdə davamlı öyrənmə

Fərdi keyfiyyətlər: Nəticəyə əsaslanma; Müştəri yönümlülük; İnam yaratma; Komanda işi; Əməkdaşlıq və keyfiyyət yönümlülük; Məlumat əldəetmə; Problem həlletmə; Analitik düşüncə və problem həll etmə bacarığı.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə