Risklərin idarəedilməsi departamenti, Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi
Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsinin təcrübəçisi
Son müraciət tarixi : 15 yanvar 2026 -cı il
Vəzifə öhdəlikləri:
• Analitik təhlillər vasitəsi ilə sığorta risklərinin aşkar edilməsi, ölçülməsi və nəzarət edilməsi prosesində iştirak etmək;
• Sığorta riski alətləri və modellərinin hazırlanması, optimallaşdırılması və tətbiqi prosesində iştirak etmək;
• Cari və potensial dəyişikliklərin yarada biləcəyi mümkün sığorta risklərinin müəyyən olunması və təhlili, stress testlərini keçirmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
Təhsili: Riyaziyyat, İqtisadiyyat, Maliyyə, Risklərin idarə olunması və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla
Kompüter bilikləri: MS Office: yaxşı, MS Excel - əla
Üstünlüklər: Phyton / VBA proqramlaşdırma bacarıqlarına malik olmaq.
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.