942

İnzibati işlər şöbəsi - İnzibati işlər şöbəsinin baş mütəxəssisi

İnzibati işlər şöbəsi

İnzibati işlər şöbəsinin baş mütəxəssisi

Son müraciət tarixi :14 noyabr 2025

 

Vəzifə öhdəlikləri:

  • Şirkətin inzibati binasında yerləşən mebel və digər avadanlıqlardan zədəsiz və nasazlıq olmadan istifadə olunmasına nəzarət etmək, ehtiyac yarandıqda təmirini təşkil etmək;
  • Binada tələb olunan təmir işləri üzrə smetaların tərtib olunmasını təşkil etmək;
  • Binanın texniki qurğularının (havalandırma, qazanxana, liftlər və s.) fasiləsiz fəaliyyətini təmin etmək;
  • Təmizlik xidməti əməkdaşlarının fəaliyyətinə nəzarət etmək və onları lazımi ləvazimatlarla təmin etmək;
  • Təmizlik xidməti əməkdaşlarını yeniliklərlə tanış etmək və məzuniyyətlər üzrə sistem dəstəyi göstərmək;
  • Cari işlər ilə bağlı anbar və ya xidməti sifarişlərin verilməsini təmin etmək;
  • Otaqların, əməkdaşların və avadanlıqların köçürülməsi prosesini təşkil etmək;
  • Kuryer xidmətini təşkil etmək və hədiyyələrin çatdırılması proseslərini həyata keçirmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənədlərlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqədar struktur bölməni məlumatlandırmaq.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə ən azı 2 il iş təcrübəsi
Təhsil: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili : əla
Kompüter bilikləri: MS Office : əla

Fərdi keyfiyyətlər: Diqqətlilik və məsuliyyətlilik, vaxtın idarə edilməsi bacarığı, komandada işləmək bacarığı, təşkilatçılıq və operativ qərarvermə qabiliyyəti.

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə