942

Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi - Maliyyə və sığorta risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri

Maliyyə və sığorta risklərinin idarəedilməsi şöbəsinin qrup rəhbəri

Risklərin idarəedilməsi departamenti,Maliyyə və sığorta risklərinin idarə edilməsi şöbəsi

Son müraciət tarixi : 3 oktyabr  2025-ci il

 

Vəzifə öhdəlikləri:

• Şirkətin Solvency II standartları üzrə ödəməqabiliyyətliliyinin qiymətləndirilməsində iştirak etmək və requlyativ kapital tələblərinə riayət olunmasına nəzarət etmək;
• Risk İştahası Bəyannaməsinə (RAS) uyğun olaraq maliyyə riskləri üzrə limitlərin müəyyənləşdirilməsini, tətbiqini və icrasını təmin etmək;
• Aktiv və Öhdəliklərin İdarə olunması (ALM) çərçivəsində risklərin idarə olunması metodologiyalarının formalaşdırılmasında və təkmilləşdirilməsində iştirak etmək;
• Şirkətin maliyyə risklərini (faiz dərəcəsi, valyuta, likvidlik və s.) qiymətləndirmək və idarə etmək;
• Şirkətin investisiya yerləşdirdiyi emitentlərin (bank, korporativ və suveren) kredit və bazar risklərini ölçmək və investisiya əməliyyatlarına dair rəy vermək;
• Ssenari analizləri, stress-testlər və həssaslıq təhlilləri aparmaq;
• Maliyyə risklərinə dair dövri hesabatlar hazırlamaq və Maliyyə riski üzrə əsas göstəricilərin (KRI, risk sağlamlıq indeksi və s.) izlənilməsini və təhlilini təmin etmək;
• Risk limitlərinin pozulması hallarında erkən xəbərdarlıq sisteminin işləməsini təmin etmək və korrektiv tədbirlər görmək;
• Maliyyə riskləri üzrə siyasətləri və normativ sənədlərin hazırlanmasını təmin etmək və tətbiqinə nəzarət etmək;
• Şirkətdaxili risk mədəniyyətinin inkişafına töhfə vermək, maliyyə riskləri üzrə maarifləndirmə və təlim fəaliyyətlərində iştirak etmək;
• Yerli və qlobal bazarlardakı maliyyə riskləri üzrə trendləri izləmək və şirkətə potensial təsirlərini qiymətləndirmək;
• Qrup üzvlərinin fəaliyyətini koordinasiya etmək, onların peşəkar inkişafını dəstəkləmək və mentorluq imkanları yaratmaq.

 

Namizədə olan tələblər:

İş təcrübəsi: Maliyyə və sığorta risklərinin idarəedilməsisahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Risk menecment, Maliyyə, İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili:əla
Üstünlüklər: CFA, FRM maliyyə sertifikatlarına sahib olmaq;
Kompüter bilikləri: MS Office: əla

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə