942

Strategiya və araşdırmalar şöbəsi - Strategiya və araşdırmalar şöbəsinin baş mütəxəssisi

Strategiya və araşdırmalar şöbəsinin baş mütəxəssisi

Strategiya və investisiya departamenti

Son müraciət tarixi: 10 avqust 2025-ci il


Vəzifə Öhdəlikləri:
 

  1. Makroiqtisadi göstəricilər haqqında məlumat əldə etmək və göstəricilər üzrə dəyişmələrin sığorta bazarı və şirkətin maliyyə göstəricilərinə təsirini araşdırmaq və mümkün maliyyə nəticələri üzrə rüblük hesabatın hazırlanmasını təmin etmək;
     
  2. Makroiqtisadi və biznes modellərinin hazırlanması;
     
  3.  Maliyyə planlaşdırma modellərinin qurulması;
     
  4.  Azərbaycan sığorta bazarı üzrə və qanunvericilikdə baş verən dəyişikliklər haqqında məlumat əldə etmək və bu dəyişmələrin sığorta bazarı və şirkətin strategiyasına təsirini araşdırmaq və mümkün nəticələr üzrə hesabat hazırlamaq;
     
  5.  Bütün dəyişikliklərlə bağlı təsirini ölçmək üçün modellərin hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
     
  6.  Strateji Planın tərtib olunması zamanı makroiqtisadi göstəricilərin prognozlaşdırılması;
     
  7. Strateji planın tərtib olunması prosesinin təşkili və prosesin aparılmasında iştirak etmək;
     
  8.  Strateji və illik ƏFG-lərin təyin olunmasında iştirak etmək;
     
  9.  Strateji təhlillərin həyata keçirilməsi;
     
  10. Strateji planın icrası zamanı baş verəcək risklərin və imkanların araşdırması;
     
  11. Strateji planın icrası ilə bağlı hesabatların hazırlanması;


 

Namizədə olan tələblər:

İş təcrübəsi: Sahə üzrə 3 il iş təcrübəsi tələb olunur.
Təhsili: Maliyyə, İqtisadiyyat, Riyaziyyat, Biznesin İdarəolunması üzrə bakalavr dərəcəsi
Dil bilikləri: İngilis dili:əla ; Rus dili:orta ; Azərbaycan dili:əla ;
Kompüter bilikləri: MS Office:əla ; MS Excel:əla ; PowerBI:əla; Stata (yaxud əlaqəli digər program)
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

 

Üstünlüklər:

1) Makroiqtisadiyyat üzrə biliklərin olması, modelləşdirmə üzrə yüksək təcrübənin olması (makroiqtisadiyyat və maliyyə planlama modelləri)
2) Maliyyə beynəlxalq standartları barədə biliklərin olması
3) Bazar iqtisadiyyatı prinsipləri üzrə biliklər
4) Təcrübə - iqtisadçı analtik, hesabatlılıq və audit, strateji planlama
5) Sertifikasiyaların olması – ACCA MA. ACCA FA, DipİFR, CFA 1 arzuolunandır
6) İqtisadi və ya maliyyə təhsili, müvafiq vəzifədə ən azı 2 illik təcrübə
7) Böyük məlumat bazaları ilə işləmək bacarığı
8) İqtisadi modelləşdirmə üzrə biliklər



Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

 


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 

 

Bizimlə birlikdə işləmək istəyirsinizsə