• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

Bİz kİmİk ?

ŞİRKƏT HAQQINDA

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir.

Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılmışdır.

“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan Respublikasının Sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid olan bütün növ məhsulları müştərilərinə təqdim edir.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır.

“PAŞA Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun iştirakçısıdır

Şirkətimizin bir sıra göstəriciləri

147
Ödənişlər (mln. AZN)
53
Bazar payı %
163
Aktivlər (mln. AZN)
150
Əməkdaşlar

BİZİ FƏQRLƏNDİRƏN AMİLLƏR

BİZİ NİYƏ SEÇMƏLİSİNİZ

Bazar lideri

Sağlam maliyyə durumu

Geniş çeşidli sığorta məhsulları

Sərfəli məhsul şərtləri

Keyfiyyətli müştəri xidməti

Sığorta ödənişlərinin tam vaxtında icrası

image

Hesabatlar

Şirkətin hesabatlarını qeyd edilən illər üzrə yükləyə bilərsiniz

BİZİM MÜKAFATLAR

image

Customer Relationship Excellence Azerbaijan

“PAŞA Həyat” Böyük Britaniyanın nüfuzlu şirkəti “Luxury Lifestyle” tərəfindən 2016 cı il üçün “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə mükafatlandırılıb

image

“Milli irs”

 

“PAŞA Həyat” Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Milli irs” mükafatı ilə mükafatlandırılıb

image

Ən yaxşı müştəri münasibətləri

 

“PAŞA Həyat” “FIAR 2016 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumu”nda “Ən yaxşı müştəri münasibətləri ” xüsusi beynəlxalq mükafata layiq görülüb. 

Karyera

BİZƏ QOŞUL

“PAŞA Həyat Sığorta” ASC-də mövcud və potensial insan resurslarına verilən dəyər ön planda tutulmaqla strateji məqsədlərə xidmət edən, yerli qanunvericiliyin və beynəlxalq təcrübənin tələblərinə tam cavab verən insan resursları idarəçiliyi tətbiq edilməkdədir.
Yüksək dəyərlərə malik olan “PAŞA Həyat” ailəsinin hər bir fərdi özü, digər komanda yoldaşları və təmsil etdiyi qurum üçün ən uğurlu nəticəni əldə etmək məqsədilə peşəkarlıqlarını və fərdi göstəricilərini daima inkişaf etdirməkdədir.

“PAŞA Həyat Sığorta” ASC-də işə qəbul, yeni işçilərin adaptasiyası, xidməti fəaliyyətin qiymətləndirilməsi, işçilərin təlim və inkişafı, maddi və qeyri-maddi motivasiya proqramları, müxtəlif ictimai maarifləndirmə tədbirləri məhz bu peşəkar inkişafa dəstək verməklə ümumi strateji məqsədlərə xidmət etməkdədir. Zəhmət olmasa, CV-nizi  cv@pasha-life.az ünvanına göndərin.

image

Mövcud vakansiyalar
  • İnvestisiya şöbəsi - Mütəxəssis

      Struktur bölmə: Strategiya və investisiya Departamenti, İnvestisiya şöbəsi

      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Vəzifə: Mütəxəssis

      Son müraciət tarixi: 15 yanvar 2018-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

       

      Vəzifənin öhdəlikləri:

      Şirkətin depozit portfelini və portfelin öhdəliklərə uyğunluğunu təhlil etmək;
      Depozit yerləşdirilən bankların hesabatlarını mütəmadi təhlil etmək və bankla bağlı kredit riskini daxili metodologiyaya uyğun hesablamaq;
      Sığorta ehtiyatlarının strukturunu (müddət, valyuta və s.) təhlil etmək və aktivlərin uyğunluğunu müqayisə etmək;
      Şirkətin digər struktur bölmə və orqanlarının sorğusuna əsasən investisiyalar üzrə təhlillər hazırlamaq.


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Bankın Hesabatlıq (Prudensial və Maliyyə) sahəsində və ya Bankların fəaliyyətinin təhlili sahəsində minimum 3 illik iş təcrübəsi
      Təhsili/ixtisası: Ali – (Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir) 
      Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışmaq və yazmaq bacarıqları; Rus və ingilis dillərində yaxşı səviyyədə danışmaq, oxumaq və yazmaq bacarıqları
      Kompüter bilikləri: Böyük məlumat bazaları ilə işləmək bacarığı;Excel proqramından yüksək səviyyədə istifadə, məntiqi düsturları qurmaq bacarığı;Outlook proqramından orta istifadə, korporativ yazışma prinsipləri ilə tanışlıq; Word və PowerPoint proqramlarından orta səviyyədə istifadə bacarıqları
      Üstünlüklər: Riyaziyyat, məntiq və statistika üzrə biliklər. Mühasibatlıq üzrə ACCA və ya CFA proqramlarına üzvlük
      Fərdi keyfiyyət tələbləri: Aktiv dinləmə, dərin analitik düşünmə, problemlərin operativ həll edilməsi və işin keyfiyyətli icra olunması

      İmtiyazlar:
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası: CV-lər “İnvestisiya-mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
      Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


  • Strategiya və investisiya Departamenti - Daxili kommunikasiya üzrə baş mütəxəssis

      Struktur bölmə: Strategiya və investisiya Departamenti

      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Vəzifə: Daxili kommunikasiya üzrə baş mütəxəssis

      Son müraciət tarixi:  21 yanvar 2018-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

       

      Vəzifənin öhdəlikləri:

      1. Daxili kommunikasiya və Korporativ Ünsiyyət Strategiyasının siyasətini işləyib hazırlamaq və icra etmək;
      2. Cəmiyyətin Strategiyasının icrasını dəstəkləmək;
      3. Cəmiyyət üçün strateji ünsiyyət planını hazırlamaq və müəyyən edilmiş vaxt çərçivəsində planı icra etmək;
      4. Daxili kommunikasiya layihələrinin hazırlanmasını, büdcələnməsini, layihənin effektivliyinin analiz edilməsini və arxivləşdirilməsini həyata keçirmək;
      5. Korporativ kommunikasiya vasitəsilə əməkdaşlara məlumatların təqdim edilməsinin alət, mexanizm və kanalların yaradılması üzrə işləri icra etmək;
      6. İnkişaf, təşkilatçılıq, strategiya daxil olmaqla ünsiyyətin bütün aspektlərində təşkilati kommunikasiyanı təmin etmək üsüllarının təkmilləşdirilməsi üzrə təkliflər vermək;
      7. Təşəbbüsləri və layihələri işçilərə və maraqlı tərəflərə uğurla çatdırılmasını təmin etmək;
      8. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər həyata keçirmək;
      9. İnformativ xarakterli korporativ iclas və tədbirləri təşkil etmək;
      10. Korporativ strategiyanın tətbiqinin intranet portal  vasitəsilə icrasına nəzarət etmək;
      11. Kommunikasiya planına əsasən hesabat hazır edib, təqdim etmək.


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Sahə üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
      Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur.
      Dil bilikləri: Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.
      Kompüter bilikləri: MS Office.
      Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

      İmtiyazlar:
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası: CV-lər “Daxili kommunikasiya” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
      Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


  • Strategiya və araşdırmalar şöbəsi - Kiçik mütəxəssis

      Struktur bölmə: Strategiya və investisiya Departamenti, Strategiya və araşdırmalar şöbəsi

      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Vəzifə: Kiçik mütəxəssis

      Son müraciət tarixi:  22 yanvar 2018-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00

       

      Vəzifənin öhdəlikləri:

      1. Statistik məlumatları yığmaq və hesabat formasında təqdim etmək
      2. Təqdimatlar hazırlamaq
      3. Cəmiyyətin strategiyasının hazırlanmasında iştirak etmək
      4. Cəmiyyətin strategiyasın yerinə yetirilməsi üçün zəruri məlumatları toplamaq və təhlil etmək
      5. Bazarı araşdırmaq


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Tələb olunmur.
      Təhsili/ixtisası: Riyaziyyat və ya Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi tələb olunur.
      Dil bilikləri: Azərbaycan və rus dillərini yüksək səviyyədə bilməlidir.
      Kompüter bilikləri: MS Office proqramlarından, xüsusilə Excel və Power Point proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları tələb olunur.
      Üstünlüklər: Maliyyə sektorunda iş təcrübəsi və ingilis dili biliyi üstünlükdür.
      Fərdi keyfiyyət tələbləri: Məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı, yazı qabiliyyəti, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

      İmtiyazlar:
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası: CV-lər “Strategiya və araşdırmalar” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
      Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.


  • Satış departamenti, Fərdi sığorta şöbəsi - Mütəxəssis
      Struktur bölmə: Satış departamenti, Fərdi sığorta şöbəsi


      Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

      Vəzifə: Mütəxəssis

      Tələb olunan işçi sayı: 2 (iki)

      Son müraciət tarixi: 19 yanvar 2018-ci il

      İş saatları (iş rejimi): 09:00-18:00



      Vəzifənin öhdəlikləri:

      1. Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş fərdi satış planı üzrə sığorta haqlarının yığılmasını təmin etmək;
      2. Müştərilərlə görüşləri təyin etmək, zəng və elektron poçt vasitəsilə əlaqə saxlamaq;
      3. Müştərilərə sığorta məhsulunun tam izah edilib sığorta haqqının cəlb edilməsini təmin etmək;
      4. Müştərilər tərəfindən daxil olmuş sığorta xidməti ilə əlaqəli sorğulara cavab verilməsini təmin etmək;
      5. Ofisdən kənar sığorta məhsullarının satışının həyata keçirilməsini təmin etmək;
      6. Yeni potensial müştəriləri cəlb etmək, cəlb edilən müştərilərin məlumatlarını  İT bazada yerləşdirmək;
      7. Müştərilərin sorğusuna əsasən və ya vaxtının bitməsinə az qalmış sığorta şəhadətnamələrinin yenilənməsini təmin etmək;
      8. Satışdan sonra xidmətin həyata keçirilməsini təmin etmək;
      9. Müştərilərin iddia və təkliflərini araşdırmaq, lazım gələrsə digər şöbələrlə müzakirə etmək;
      10. Mövcud müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək, yeni təkliflər vermək;
      11. Sığorta hadisələri zamanı ödənişin operativ həyata keçirilməsi üçün tələb olunan sənədlərin vaxtında yığılmasını təmin etmək;
      12. Debitorun ödənilməsinin və nüsxələrin yığılmasını təmin etmək;


      Namizədə olan tələblər:

      İş təcrübəsi: Sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.
      Təhsili/ixtisası: İstənilən ixtisas üzrə ali təhsil, iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
      Dil bilikləri: Rus dilini əla səviyyədə, ingilis dilini yaxşı səviyyədə bilməlidir.
      Kompüter bilikləri: MS Office.
      Üstünlüklər: Riyazi biliklər, müştəri ilə ünsiyyət bacarığı.
      Fərdi keyfiyyət tələbləri: Etibarlılıq və Şirkətə sədaqətlilik, müştəri yönümlülük, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı, məsuliyyətlilik, təşəbbüskarlıq və yenilikçilik bacarığı, məlumatı toplamaq və təhlil etmək bacarığı/analitik düşüncə, danışıqlar aparmaq bacarığı, ünsiyyət/inandırma/dinləmə/məlumatın düzgün ötürülməsi bacarığı, təqdimetmə bacarığı.

      İmtiyazlar:
      Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

      Vakansiya üçün müraciət qaydası: CV-lər “Fərdi sığorta- mütəxəssis” mövzusu ilə cv@pasha-life.az elektron ünvanına göndərilməlidir.
      Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.