10 il sizinlə birlikdə

  • (012) 942

  • office@pasha-life.az

  • Baş Ofis ,

  • Bakı , Mayakovski 15

PAŞA Həyat
18 Jun

PAŞA Həyat fəaliyyətə başladığı gündən sosial layihələrə böyük diqqət yetirir.

Həyat sığorta bazarının lider şirkəti olaraq ölkə ictimaiyyəti qarşısında məsuliyyətimizi tam dərk edərək şirkətin Korporativ Sosial Məsuliyyət siyasətinin planı çərçivəsində bir sıra sosial layihələr həyata keçiririk.

PAŞA Həyat Sığorta şirkətinin mütəmadi və davamlı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dəstəyi şirkətin illik KSM və sponsorluq planları siyasətinin istiqamətlərində müvafiq yer alır. Bu illər ərzində şirkətin ən önəmli tərəfdaşlarından biri məhz Qırmızı Aypara Cəmiyyəti olub. Artıq uzun illər davam edən dayanıqlı əməkdaşlıq çox faydalı və səmərəli səmtdə həyata keçirilir.

Qeyd etmək mütləqdir ki, 18 iyun 2020-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində qurumun prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov onlara dəstək verən şirkətlərin nümayəndələri ilə şəxsən görüşüb, Cəmiyyətin 100 illik yubiley medalını təqdim edib.

Məhdud sayda hazırlanan fəxri medallardan biri məhz PAŞA Həyat şirkətinə təqdim olunub.

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı