• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

PAŞA Həyat
13 Oct

“Davamlı təhsil” məhsulu sərgidə təqdim edildi

Günel Ramazanova, “Pasha Həyat Sığorta” şirkətinin Marketinq və məhsulun inkişafı şöbəsinin Baş mütəxəssisi:


- “Pasha Həyat Sığorta” şirkəti “Education 2018” sərgisində ödənişli təhsil alan tələbə və şagirdlər  üçün “Davamlı təhsil” adlı xüsusi məhsulu təqdim edir. “Davamlı Təhsil” məhsulu Azərbaycanın istər həyat, istərsədə qeyri-həyat sığorta bazarında sırf təhsillə bağlı yeganə sığorta məhsuldur. Məhsulun əsas məqsədi valideynin başına gələbiləcək arzuolunmaz hallar zamanı övladının təhsilinin davamlılığını təmin etmək üçün təhsil haqqının sığorta şirkəti tərəfindən ödənilməsindən ibarətdir.

Məhz buna görədə məhsulun adından göründüyü kimi, hər nə olursa olsun övladının təhsilinin davam etməsi, hər bir valideyn üçün qürur verici haldır. Mən deyərdim ki, “Davamlı Təhsil “məhsulu həyat sığortası ilə yanaşı həmdə mənəvi rahatlıq sığortasıdır.

Məhsulun sığorta təminatına ödənişli təhsil alan tələbənin valideynlərindən birinin (Sığortalanan şəxsin) istənilən səbəbdən ölümü və ya bədbəxt hadisə nəticəsində I qrup əlilliyi daxildir.

Məhsul üzrə, sığortanın müddəti 1 ildən 10 ilə qədər, sığorta məbləği isə minimum 5 000 AZN– dən 100.000 AZN-ə qədər müəyyən olunub. Sığorta məhsulunu əldə etmək üçün valideyn sığorta haqqı ödəməlidir, həmin məbləği tam və ya qismən ödəmək mümkündür. Sığorta haqqının məbləği valideynin yaşından, onun sağlamlıq göstəricilərindən, peşə fəaliyyəti və təhsilə görə ödənişin məbləğindən asılıdır və digər meyarlar əsasında xüsusi kalkulyator vasitəsilə hesablanır.

Sığorta müddətində sığorta hadisəsi baş verdikdə öncə tələbənin təhsil aldığı müəssisəyə qalıq təhsil haqqı borcu ödənilir, əgər əlavə vəsait qalarsa, o halda həmin məbləğ Sığortalının təyin etdiyi faydalanan şəxsə (övlad, həyat yoldaşı və ya digər şəxslər) ödənilir.

Baxmayaraq ki, məhsul cəmi bir neçə aydır ki, müştərilərə və təhsil müəssələrinə təqdim edilib, artıq ölkənin bir sıra təhsil müəssisələri ona maraq göstərir.

Sərgidə iştirakımızın məqsədi, məhsulu tələbə və valideynlərin və “Education 2018”-də iştirak edən ali təhsil müəssisələrinə nümayiş etdirmək niyyəti ilə bağlıdır. Bir məqamıda qeyd edim ki, “Davamlı təhsil” layihəsi təhsil müəssisələri üçün də çox faydalıdır və valideynin öz sağlamlığını itirməsi nəticəsində tələbənin öz təhsil haqqını ödəyə bilmədiyinə görə təhsilini yarımçıq qoymaq məcburiyyətində qaldığı (proqnozlaşdırılmamış) hallarda da tələbələrin öz təhsilini davam etdirməsinə zəmanət verir.

Mənbə: https://eduexpo.az/az-opennews/6997.41.html

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı