• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

PAŞA Həyat
18 May

Qarabağa aid kitab Müdafiə Nazirliyinə təqdim olundu.

Bu gün, Müdafiə Nazirliyində  “Qarabağ.Əslərin Salnaməsi” kitabının nazirliyin şəxsi heyəti üçün təqdimat mərasimi keçirildi.


Bu kitab, Azərbaycanın qədim torpağı olan Qarabağın tarixini – Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövrü əhatə edir. 


 “Paşa Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov kitabın önəmli olduğunu vurğulayaraq onun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox dəyərli alət olduğunu qeyd etdi, və “PAŞA Həyat” üçün bu kitabın nəşr edilməsində dəstəyini fəxrlə vurğuladı.


"PAŞA Həyat" Şirkəti Azərbaycanın tarixi-mədəni irsinin dünyaya çatdırılmasında, beynəlxalq səviyyədə tanıdılmasında həyata keçirilən layihələrə bundan sonra da daim dəstək olmağa hazır olduğu bir daha qeyd olundu.


20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı