• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

PAŞA Həyat
18 Jan

“Qarabağ.Əsrlərin Salnaməsi.” kitabının təqdimatı keçirildi

Bugün Beynəlxalq Muğam Mərkəzində “Qarabağ.Əsrlərin Salnaməsi.” kitabının təqdimat mərasimi keçirildi.

 

Bu nəşr Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin dəstəyi ilə hazırlanıb. Layihənin rəhbəri və baş redaktoru Musa Mərcanlı olan kitabı “İrs” Nəşriyyat Evi buraxıb.

 

Bu kitab, Azərbaycanın qədim torpağı olan Qarabağın tarixini – Azıx mağarasında qədim insanların məskunlaşdığı zamanlardan günümüzədək davam edən uzun bir dövrü əhatə edir. 
 “PAŞA Həyat Sığorta” ASC İdarə Heyətinin sədri Niyaz İsmayılov kitabın önəmli olduğunu vurğulayaraq onun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çox dəyərli alət olduğunu qeyd etdi, və “PAŞA Həyat” üçün bu kitabın nəşr edilməsində dəstəyini fəxrlə vurğuladı.

 

Kitabın ərsəyə gəlməsində iştirak edən hər bir qurumun nümayəndəsi öz çıxışında kömək və dəstəyə görə tərəfdaşlarına minnətdarlığını bildirdi.

 

Mərasimdə Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, eləcə də ölkəmizin tanınmış elm,mədəniyyət və incəsənət xadimləri iştirak ediblər..

Sonda muğamat və xalq mahnılarından ibarət konsert təşkil olunub.

 

Xatırladaq ki, layihə çərçivəsində indiyədək “Qədim qalanın yuxuları”, “Qobustan – minilliklər kitabı”, “Təbrizin sehrli nağılları”, “Naxçıvan – Şərqin əfsanəsi”, “Məftun edən şəhər”, “Bakı simfoniyası” kitabları nəşr olunub.