10 il sizinlə birlikdə

PAŞA Həyat
31 Jul

“PAŞA Həyat” yarımillik maliyyə hesabatını açıqlayıb.

PAŞA Həyat sığorta yığımlarına görə bütün sığorta bazarında yenə də birinci yerdə qərarlaşıb. 2020-ci ilin yarımillik nəticələrinə görə PAŞA Həyat topladığı sığorta haqlarının və etdiyi sığorta ödənişlərinin həcmini artırıb. Belə ki,  ötən ilin yarımilliyi ilə müqayisədə yığılmış sığorta haqları 22% artaraq 132 mln. AZN, sığorta ödənişləri isə 3 dəfə artaraq 91 mln. AZN təşkil edib. Digər tərəfdən, ilin ilk 6 ayında PAŞA Həyat-ın xalis mənfəəti 6.2 mln. AZN təşkil edib. Şirkətin investisiya fəaliyyətindən əldə etdiyi gəlir isə 13.1 mln AZN-ə qədər artıb.

 

PAŞA Həyat bu il də məcmu aktivlərin həcmini artırmağa nail olub. Belə ki, məcmu aktivlərin həcmi 4% artaraq 2020-ci ilin 30 iyun tarixinə olan nəticəyə əsasən 406 mln. AZN təşkil edib.

 

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı