10 il sizinlə birlikdə

  • (012) 942

  • office@pasha-life.az

  • Baş Ofis ,

  • Bakı , Mayakovski 15

PAŞA Həyat
10 Oct

PAŞA Həyat keçirtdiyi sosial layihə üçün Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

PAŞA Həyat KSM strategiyası çərçivəsində gənc nəslin təhsili və rifahını dəstəkləyir. Şirkətin KSM-in fəaliyyətinə 2019-cu il iyul ayında həyata keçən “Azərbaycan üçün öyrət” layihəsi çərçivəsində “Təhsil Avtobusu-Nəsimi” Yay Məktəbinin sponsoru olmaq, PAŞA Həyat işçilərinin fəal iştirakı ilə Qubanın kənd ərazilərində yerləşən uşaq evinə (məktəbə) baş çəkmək, xüsusi sağlamlıq ehtiyacı olan uşaqlara və aztəminatlı ailələrə dəstək olmaq və digər xeyriyyəçilik tədbirləri daxildir.

 

Oktyabrın 10-da XIII Azərbaycan Beynəlxalq Təhsil Sərgisi çərçivəsində "Təhsil avtobusu – Nəsimi" yay məktəbi layihəsinə dəstək olan qurumların mükafatlandırılması mərasimi keçirilib. Yay Məktəbi çərçivəsində Bakı-Qusar-Astara-Cocuq Mərcanlı-Qazax-Şamaxı-Bakı marşrutu üzrə kənd məktəblərinin akademik göstəriciləri zəif və orta olan şagirdləri hər biri 1 gün olmaqla təlimçi və ekspertlər tərəfindən  peşə, natiqlik, incəsənət, fərdi-inkişaf təlimləri keçirilib və şagirdlər  intellektual yarışlarda iştirak ediblər.

PAŞA Həyat şirkəti layihəyə dəstək verdiyi üçün Təhsil Nazirliyi tərəfindən mükafatlandırıldı.

Gələcəkdə də PAŞA Həyat bu tip sosial məsuliyyətli layihələrə dəstək verməyi planlaşdırılır.

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı