942

Hesabatlılıq şöbəsi - Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi

 Hesabatlılıq şöbəsinin kiçik mütəxəssisi

 Maliyyə departamenti

Son müraciət tarixi: 27 iyul 2025-ci il

 


Vəzifə Öhdəlikləri:


1. Rəhbərliyə təqdim olunacaq hesabatların hazırlanmasında iştirak etmək;
2. Şirkət daxili hesabatlılıq üçün təqdim ediləcək hesabatların hazırlanmasında kənar mənbələrdən məlumatları toplamaq;
3. Hesabatlar üçün toplanmış məlumatlarda hər hansı uyğunsuzluq aşkarlanarsa, həmin məlumatların düzəldilməsi və ya dəqiqləşdirilməsi təmin etmək;
4. Aylıq və illik maliyyə yekunları əsasında MHBS-ə (İFRS) uyğun düzəlişlərin verilməsi;
5. Hər bir hesabat ayının sonunda faktiki və büdcə nəticələrinin müqayisəsi, yaranan fərqlərin analitik təhlil həyata keçirərək səbəblərinin araşdırılması;
6. Büdcə prosesi üçün lazım olan tarixi məlumatların digər struktur bölmələrin sorğusuna əsasən təqdim etmək;
7. Büdcənin yekun olaraq formalaşmasında və tələb olunan xüsusi təhlillərin aparılmasında iştirak etmək;
8. Kənar audit yoxlama prosesində iştirak edilməsi və yoxlama üçün hesabatların, açıqlamaların tərtib və təqdim edilməsi.


 

 

Namizədə olan tələblər:
 

İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi tələb olunur;
Təhsili: İqtisadiyyat, Maliyyə, Mühasibat uçotu ixtisasları üzrə bakalavr dərəcəsi;
Dil bilikləri: Azərbaycan və ingilis dillərində sərbəst danışmaq və yazışma aparmaq bacarığı. Rus dili arzuolunandır;

Kompüter bilikləri: MS Office proqramlarını əla səviyyədə bilmək.
Üstünlüklər: ACCA FA imtahanını uğurla tamamlamış olmaq (ACCA FR arzuolunandır), SQL və Power BI üzrə biliklər arzuolunandır;

 

 

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

 

If you would like to join our team