AZ
942
22 May 2022

Biznes Analitika bölməsi - Biznes Analitika bölməsinin rəhbəri

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Məhsulun inkişafı sahəsi, Əməliyyat bölməsi
Vəzifə:
Əməliyyat bölməsinin rəhbəri
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00

Son müraciət tarixi: 22 may 2022-ci il.

Vəzifə Öhdəlikləri:

  1. Məhsul komandalarında çalışan Biznes analitiklərin fərdi və peşəkar inkişafı, texniki bacarıqlarının ölçülməsi və artırılmasına nəzarət, komanda üzvlərinin fəaliyyətinin izlənməsi və effektivliyinin artırlması ilə bağlı plan və proqramları tətbiq etmək;
  2. Biznes proseslərin optimallaşdırılması yönündə komandalarda tətbiq ediləcək qaydaların, proseslərin və standartların müəyyənləşdirilməsi, razılaşdırılması və tətbiqini təmin etmək;
  3. Məhsul komandalarında çalışan Biznes analitiklərin fəaliyyətinin uzlaşdırılması, asılılıqların aradan qaldırılması, yeri gəldikdə komandalar arasında Biznes analitiklərinin yerdəyişməsini təmin etmək;
  4. Biznes analitiklərin yeni bilikləri əldə etməyə və daim yenilikləri araşdırmağa sövq etmək, innovativ həllərin, yetkin təcrübələrin tətbiqini təşviq etmək;
  5. Sahənin (Tribe) vizyonu, məqsədi və hədəflərini dəqiq bilmək, öz fəaliyyətini ona əsasən qurmaq və Biznes analitiklərin hər birini bu hədəflərə çatmaq yönündə təşviq etmək;
  6. Biznes analitiklərin çalışdığı komandanın üzvlərindən onların fəaliyyəti və davranışı barədə daim rəy almaq, bu rəylər əsasında bölmənin əməkdaşlarının effektivliyini artırmaq;
  7. Biznes analitiklərlə mütəmadi görüşlər keçirmək, bu görüşlərin məzmunu, davamlılığı və effektivliyinə ciddi nəzarət etmək, nəticələri birbaşa rəhbəri və əlaqəli həmkarlarla paylaşmaq;
  8. Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud sənəd və prosedurlara operativ şəkildə dəyişikliklər edilməsinə nəzarət etmək, həmin sənəd və prosedurların aktuallığını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  9. Bölmənin məsul olduğu proseslərin optimallaşdırılması üzrə mövcud və yarana biləcək risklərin qeydiyyatı, öngörülməsi və aradan qaldırılmasını nəzarətdə saxlamaq, bununla əlaqəli şöbələrlə işini koordinasiya etmək;
  10. Birbaşa rəhbəri ilə davamlı görüşlər keçirmək, ona bölmənin gördüyü işlər, asılılıqlar və problemlər, yeniliklər və gələcək planlar barədə məlumatlandırmaq;

Namizədə olan tələblər:

İş təcrübəsi: Biznes proseslərin, layihələrin idarə edilməsi, maliyyə və ya sığorta sektorunda keyfiyyətə nəzarət, IT analitika sahələrindən biri üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur.
Təhsili/ixtisası: Ali təhsil.
Dil bilikləri: Azərbaycan dili: əla , İngilis dili: əla , Rus dili: orta.
Üstünlüklər: Agile metodologiyanı bilməsi və təcrübəsi; Həyat sığortası sektorunu və məhsulları bilməsi; Danışıqlar prosesini effektiv idarə etmək bacarığı; Dizayn-düşüncə və proseslərin modelləşdirilməsi biliyi və bacarığı; Xərc-gəlir təhlili, layihələrin gəlirliyinin ölçülməsi bacarığı; Sektora aid tənzimləyici qanunları, konseptləri, prosedurları, hüquqi riskləri və yenilikləri anlamaq və izləmək bacarığı.

Kompüter bilikləri: MS Office: əla.
Fərdi keyfiyyət tələbləri: Mentorluq və kouçluq, müştəriyönümlü, nəticəyönümlü, inam yaratma, komanda işi, geniş perspektiv, innovasiyalara açıq, öyrənməyə meylli


İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizimlə birlikdə işləmək istəyirsinizsə