• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün


Həyatın müddətli sığortası

Həyatın müddətli sığortası – İstənilən səbəbdən vəfat halında sizdən maddi olaraq asılı olan yaxınlarınızın maddi cəhətdən sarsılmaması üçün olan sığorta növüdür.
Hamımızın həyatda daim qayğı ilə yanaşdığımız, bizim həm maddi, həm mənəvi dəstəyimizə daim ehtiyacı olan sevdiklərimiz var. Övladlarımızın təhsili ilə bağlı planlarımız, ailəmizin həyat şəraitini yaxşılaşdırmaq üçün xəyallarımız və bizi daim narahat edən bir hiss var; “birdən mənim başıma bir şey gəlsə..?”

Bizi narahatan edən bir fikirlərdən uzaqlaşmaq üçün Həyatın müddətli sığortası sığorta növü var. Bu məhsul sizin istənilən səbəbdən vəfatınız halında ailənizə əvvəlcədən müqavilə ilə müəyyənləşdirilən bütöv sığorta məbləğini birdəfəlik ödəməyi təmin edir. 

 

 

Nə qədər məbləğdə təminat ala bilərəm?

30 yaşındakı bir kişi illik cəmi 219 AZN ödəməklə 25 000 AZN məbləğində təminat ala bilər. Üstəlik bu məbləği il ərzində 4 dəfəyə ödəmək imkanınız da mövcuddur.

 

219 AZN illik - 25,000 AZN təminat

 

 

 

 

Nə qədər təminat almalıyam? 

Burada məqsəd sizin vəfatınız halında ailənizin qəflətən böyük maddi çətinliklərlə üzləşməsinin qarşını almaqdır. Ona görə də, təminat məbləğini hesablayarkən ödəməli olduğunuz kreditlər və borclarınızı, ailənin aylıq maddi ehtiyacını, uşağın təhsili üçün olan illik ehtiyacı və.s kimi şərtləri nəzərə almaqda fayda var.

Nəyə görə Həyatın müddətli sığortası xüsusilə də bu dövrdə lazımdır?

1-Sizin mənəvi yoxluğunuzun ağrısını hiss edən sevdikləriniz bir də maddi çətinliklərlə üzləşməsin deyə. 

2-Sizin özünüzün mənən rahatlığınız, daim “birdən...” dərdi çəkməməyiniz və stressiz yaşamağınız üçün .

3-Ailənizlə bağlı planlarınızın hətta siz olmadıqda da reallaşması üçün. Yəni onları əbədiyyən qayğınızla qoruya bilməyiniz üçün.

 

 

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Konsultasİya al