• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün


 

 

Ailəmin PAŞA Güvənliyi sizin üçün hazırladığımız xüsusi sığorta məhsuludur.Bu məhsulu əldə etməklə Siz ailə üzvlərinizin (valideyin, həyat yoldaşı, övlad və digər) maliyyə sabitliyini 5 il ərzində qorumuş olursunuz. 

20 AZN aylıq sığorta haqqı ödəməklə hər ay 533 AZN məbləğində istənilən səbəbdən ölüm və ya əlilliklə bağlı təminat əldə edə bilərsiniz. 

 

 

Ailəmin PAŞA Güvənliyi məhsulunun üstünlükləri:

- Sığorta haqqı və ya sığorta məbləği, həmçinin ödəniş şəklini müştəri özü müəyyən edir
- Sığorta hadisəsi baş verdikdə ödəniş birdəfəlik və ya aylıq bərabər hissələrlə faydalanan şəxsə ödənilə bilər
- 60.000 AZN və ya 30.000 USD-yə qədər təminatlar üçün müştəridən tibbi müayinə tələb edilmir
- Sığorta haqqını onlayn (e-pul.az, izim.az, kassam.az saytlarında) və partnyor bankların filiallarında ödəmək mümkündür

 

 

 

Məhsulun şərtləri:

- Məhsul üzrə aylıq sığorta haqqı minimum 10 AZN, müqavilə müddəti isə 3 il və daha çox ola bilər
- Sığorta məbləği maksimum 500.000 AZN və ya 250.000 USD ola bilər
- Sığorta haqqı aylıq və ya illik bərabər hissələrlə və yaxud əvvəlcədən birdəfəlik ödənilə bilər

 

 

"Ailəmin PAŞA Güvənliyi" məhsulunu "PAŞA Həyat"ın ofisləri ilə yanaşı, "AGBank"ın filiallarından da əldə edə bilərsiniz.

Sizə uyğun sığorta məhsulu haqqında daha ətraflı məlumat almaq üçün (012) 942 nömrəsinə zəng vurun.

 

  • “Ailəmin PAŞA Güvənliyi” (APG) nədir?
    • APG fərdi həyat sığortası məhsuludur, yalnız fiziki şəxslər üçün nəzərdə tutulub
  • Neçə manatla təminata qoşula bilərəm?
    • Bu sizin yaşınıza və sağlamlığınızla bağlı vəziyyətə görə dəyişə bilər. Lakin, cəmi 20 AZN aylıq sığorta haqqı ödəməklə siz hər ay 533 AZN məbləğində istənilən səbəbdən ölüm və ya əlilliklə bağlı təminat əldə edə bilərsiniz. 
  • Hadisə baş versə, ailəm sığorta məbləğini necə alacaq?
    • Sığorta hadisəsini təsdiq edən sənəd təqdim edildikdən sonra ailəniz sizin özünüzün əvvəlcədən müəyyənləşdirdiyiniz qaydaya uyğun ödəniş alacaq.

      Sizin isə 2 seçiminiz var:

      1.Ailəniz bütün məbləği birdəfəlik alır, misal 55 000 AZN. 

      2.60 ay müddətində hər ay 1000 AZN müavinət formasında ödəyirik 

  • Hər ay pulu necə ödəyəcəm?
    • İstənilən Accessbank, Kapitalbank və ya Bank of Baku filialına və şöbələrinə yaxınlaşaraq ödəyə bilərsiniz. Həmçinin www.pasha-life.az saytına daxil olaraq “Online Əməliyyatlar” bölməsindən plastik kart vasitəsilə ödəniş edə bilərsiniz.

Ərizə blankı (APG)

Məhsulu online sifariş etmək üçün ərizə formasını yükləyib dolduraraq office@pasha-life.az email ünvanına göndərin.

Yüklə

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Konsultasİya al