Javascript is not currently enabled in your browser.
You must enable Javascript to run this web page correctly.

Mükafatlar

Bu proqram istehlak və digər (avtomobil, biznes, ipoteka və s.) kreditləri götürən şəxslərin ölüm və digər əlavə risklərdən fərdi könüllü sığortasını təklif edir.

18-65 yaşları arasında olan hər hansı istehlak və digər krediti götürən bir şəxs bu sığorta növü üzrə sığortalana bilər.

Sığortanın əsas dəyərləri:

Banklar üçün:

Maliyyə vəsaitlərin qorunması;

Zəmanətli xidmətlərin göstərilməsi.

Müştərilər üçün:

Kredit öhdəliklərinin yerinə yetirilməsi;

Sığorta hadisəsi baş verdikdə ödəniş almaq imkanı.

Sığorta təminatı:

  • Hər hansı səbəbdən ölüm riski.
  • Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin daimi tam itirilməsi riski.

İstisnalar:

  • Sığorta olunanın özünün intihar etməsi;

  • Hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrişlərdə iştirak;

  • Sığortalının və ya digər şəxslərin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən hərəkəti;

  • Sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

  • Baş vermə səbəbindən asılı olmayaraq yaranan psixi pozuntular;

  • Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və immun çatışmazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər;

Sığorta müddəti:

Kredit sığortası müqaviləsinin müddəti kredit müqaviləsinin müddətinə bərabərdir. Sığorta ölunanın vəfat etməsi halının həmin müddət ərzində ssuda üzrə borcun bərabər ödənişlər və ya bərabər paylar əsasında azalması qaydasına müvafiq surətdə azalan sığorta məbləği ilə sığortası.

Faydagötürən:

  • Bank və ya hər-hansı kredit təşkilatı

Sığorta haqqı:

  • Sığorta şirkətinin tarifləri əsasında hesablanır və birdəfəlik ödənilir.

Sığorta məbləği:

  • Sığorta məbləği kredit məbləğinin həcmində təyin olunur və ssuda üzrə borcun bərabər ödənişlər və ya bərabər paylar əsasında azalması qaydasına müvafiq surətdə azalır.

Sığorta ödənişi:

Ölüm

Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın vəfat etməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində.

Bədbəxt hadisə nəticəsində sığortalının ümumi əmək qabiliyyətini daimi tam itirməsi

Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın əmək qabiliyyətinin daimi tam itirməsi nəticəsində həmin müddət ərzində ssuda üzrə borcun qalığı həcmində.


Sizə uyğun sığorta məhsulu haqqında daha ətraflı məlumat almaq üçün (012) 942 nömrəsinə zəng vurun.