• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
7 Nov

Növbəti sığorta təlimi müvəffəqiyyətlə başa çatdı.

Növbəti sosial təlim Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün təşkil edildi. 


Əziz dostlar və hörmətli tələbələr!

 
Bildirmək istəyirik ki, PAŞA Həyat Şirkəti tərəfindən keçirilən sosial təlimlər layihəsi ugurla davam etdirilir.  
Növbəti “Sığorta və sığorta mədəniyyəti” mövzusunda sosial təlim cari ilin Noyabr ayının 01-06 tarixlərində Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri üçün təşkil olunmuşdur. Təlimdə  32 tələbə iştirak etmişdir. Təlimin sonunda tələbələrə müvafiq sertifikatlar təqdim olunmuş və fərqlənən tələbələrə hədiyyələr verilmişdir. Sertifikatların təqdim olunması mərasimində adı çəkilən universitetin bir qrup müəllimi və universitetin rektoru cənab İlham Mədətov iştirak etmişdir.       

 

Bu günə qədər keçirilmiş 109 təlimin nəticəsi olaraq, artıq 2661 nəfər iştirakçı sayı mövcuddur. Bu isə bir daha PAŞA Həyat Sığorta Şirkətinin sosial məsuliyyət çərçivəsində gənclərin və əhalinin sığorta sahəsində maariflənməsinə böyuk əhəmiyyət verməsinin təsdiqidir. Eyni zamanda qeyd etmək lazımdır ki, bu layihə yerli sığorta bazarında ən böyük və ən uzunmüddətli maarifləndirmə layihəsidir.  

Növbəti təlimdə iştirak etmək istəyənlər müraciət edə bilərlər:

 http://www.pasha-life.az/products?id=59&lang=az

 

Təlimlərimizə, maraq göstərən bütün iştirakçılara ugurlar!


20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı