• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
18 Oct

MY Life - Şəxsi kabinet istifadəyə verildi

Müştərilər üçün daim yeniliklər tətbiq edən “PAŞA Həyat” şirkəti bu gündən etibarən  şəxsi kabinet xidmətini istifadəyə verib.

“PAŞA Həyat”ın mövcud müştəriləri www.mylife.az saytından qeydiyyatdan keçməklə "Yığım investisiyası" (Həyatın yaşam sığortası) növü üzrə hazırlanan xidmətdən yararlana biləcəklər. 
Müştərilər www.mylife.az saytına daxil olaraq qüvvədə olan müqavilələri nəzərdən keçirməklə mövcud statusla tanış ola, müqavilələrdə məbləğlələr üzrə dəyişiklik edə, həmçinin müvafiq müraciətlər edə bilərlər. 

 

“Şəxsi kabinet xidməti müştərilərimiz üçün hazırlanmış xüsusi bir onlayn xidmətdir. Biz bu xidməti tətbiq etməklə müştərilərimizə dəyər verərək onların sığorta məhsullarımıza əlçatanlığını daha asan şəkildə təşkil edirik. Xidməti tətbiq etməkdə əsas məqsədimiz müştərilərin vaxtlarına qənaət etmələri və bunun da nəticəsində müştəri məmnuniyyətini daha da yüksəltməkdir. “PAŞA Həyat” olaraq, yaxın gələcəkdə informasiya texnologiyalarının yeni nailiyyətlərindən yararlanaraq müştərilərimizə daha maraqlı məhsullar təqdim edəcəyik.

Qeyd edək ki, müştərilər sözügedən məhsul üzrə indiyədək və müdətin sonunadək yığılmış məbləği və həyatını sığortaladığı məbləğini görə bilərlər. Həmçinin əməliyyatlar bölməsində mövcud şəhadətnamə üzrə artm və azalma müraciəti, xitam müraciəti, kredit müraciəti, sığorta ödənişinin alınması və digər müraciətlər etmək mümkündür.        

 

Şəxsi Kabinet üzrə video təlimata qeyd edilən linkdən baxmaq olar:

 

https://www.youtube.com/watch?v=HJH1paBRVjg&t=118s

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı