• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
8 May

“PAŞA Həyat” www.e-pul.az ilə əməkdaşlığa başlayıb


Artıq bu gündən etibarən müştərilərimiz sığorta haqqı məbləği üzrə ödənişlərini www.e-pul.az ödəniş portalı vasitəsilə də həyata keçirə biləcəklər.
 
Bu portal vasitəsi ilə aparılan ödənişlər “PAŞA Həyat”ın bütün həyat sığortası məhsulları üzrə keçərlidir:
 
“Müştəri sadəcə www.pasha-life.az saytından və ya www.e-pul.az portalının sığorta bölməsinə daxil olaraq “PAŞA Həyat”ı seçməklə həyat sığortası üzrə müvafiq ödənişini edə bilər. Bütün bu kimi işlər “PAŞA Həyat” tərəfindən müştərilərin rahatlığı üçün atılmış növbəti bir addımdır. Gələcəkdə müştərilərin rahatlığını və ən əsası da onların vaxtlarına maksimum qənaət etmələrini nəzərə alaraq bir çox yeniliklər ediləcəkdir”.
 
Qeyd edək ki, www.e-pul.az təhlükəsizliyi, rahatlığı və çevikliyi ilə seçilən elektron ödəmə sistemidir. Ödənişlər kompyuter, planşet və smartfonlar vasitəsi ilə həyata keçirilə bilər. Bütün ödəmələr real vaxt rejimində aparılır və dərhal hesablara oturur.
 
Xatırladaq ki, “PAŞA Həyat” sözügedən sistemlə yanaşı, www.kassam.az və www.izim.az ödəniş portalları ilə də əməkdaşlıq edir.*1*2*3*

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı