• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

image
3 Oct

Vəfat etmiş şəxsin ailəsinə 105 min manat ödəniş edilib

“PAŞA Həyat” “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə növbəti iri həcmli sığorta ödənişinin məbləğini açıqlayıb.
 Neft-qaz sahəsində fəaliyyət göstərən müəssisələrin birində çalışan sığortalı işçi iş zamanı bədbəxt hadisə nəticəsində vəfat edb. Sığorta olunan şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş şəxsin ailəsinə - faydalanan şəxsin müvafiq bank hesabına 105 101 manat həcmində sığorta ödənişi həyata keçirilib.Qeyd edək ki, cari ilin əvvəlindən indiyədək “PAŞA Həyat” tərəfindən “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə 1 890 955 manat həcmində sığorta ödənişi verilib. İcbari növ üzrə həyata keçirilən ödənişlər ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 86,5% çox olub.  

20 AZN ödəyərək
ailəniz üçün 30.000 AZN
təminat qazandırmaq
istəyirsinizmi?

Ətraflı