• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

DİREKTORLAR şurasI

İDARƏ HEYƏTİ



Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub. Sığortaçı kimi öz karyerasına anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb, 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.
N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.
N.İsmayılov 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

 

 

İbrahim İbrahimov ali təhsilini 2001-ci ildə Türkiyənin Mərmərə Universitetində bakalavr, 2004-cü ildə isə Azərbaycan Neft və Sənaye Universitetinin magistr pilləsi üzrə başa vurub. 
2002-ci ildən müxtəlif sahələrdə direktor, baş direktor və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 
İ.İbrahimov 2015-ci ildən “PAŞA Holding” MMC-də sığorta qrupu daxilində menecer vəzifəsinə, 2017-ci ilin mart ayından isə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.

 



 
Dilara Babayeva maliyyə sektorunda 5 illik iş təcrübəsinə malikdir, Azərbaycan Dövlət İqtisad Universitenin Ümumi iqtisadiyyat fakültəsini Mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2006-cı ildən müxtəlif sahələrdə şöbə mühasibi, baş mühasib vəzifələrində işləyib, 2008-ci ildən “PAŞA Sığorta” ASC-də mühasib-mütəxəssis vəzifəsində çalışıb.
D.Babayeva 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin baş mühasibi vəzifəsinə, daha sonra 2011-ci ilin fevral ayından həmin şirkətdə İdarə Heyətinin üzvü vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə  təyin olunub. 



Lalə Cəfərova hüquq sahəsində 10 ildən artıq təcrübəyə malikdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə həmin universitetinin Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr pilləsini bitirib.
L.Cəfərova 2013-cü ilin aprel ayında “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları və hüquq şöbəsinin müdiri vəzifəsinə, 2014-cü ilin yanvar ayında İnsan resursları, hüquq və informasiya texnologiyaları departamentinin müdiri vəzifəsinə, 2016-cı ilin yanvar ayında Hüquq departamentinin direktoru vəzifəsinə, 2016-cı ilin fevral ayında İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

 

 

Rüstəm Məmmədov marketinq və biznesin inkişafı üzrə 10 ilə yaxın təcrübəyə malikdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr pilləsini, 2015-ci ildə İspaniyada IE Business School-da Executive MBA (Master of Business Administration) dərəcəsini almışdır.
R.Məmmədov uzun müddət “Auto Azerbaijan” şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb, 2016-cı ilin fevral ayından isə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü təyin edilib.

 
  • Təftiş Komissiyası

  • Daxili audit xidməti
  • Baş mühasib

  • Məsul Aktuari