• (012) 942

  • office@pasha-life.az

  • 09:00 - 18:00

  • I-V gün

DİREKTORLAR şurasI

İDARƏ HEYƏTİ



Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub. Sığortaçı kimi öz karyerasına anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb, 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.
N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında isə İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.
N.İsmayılov 2017-ci il 28 fevral tarixindən “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədridir.

 

 

İbrahim İbrahimov ali təhsilini 2001-ci ildə Türkiyənin Mərmərə Universitetində bakalavr, 2004-cü ildə isə Azərbaycan Neft və Sənaye Universitetinin magistr pilləsi üzrə başa vurub. 
2002-ci ildən müxtəlif sahələrdə direktor, baş direktor və İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 
İ.İbrahimov 2015-ci ildən “PAŞA Holding” MMC-də sığorta qrupu daxilində menecer vəzifəsinə, 2017-ci ilin mart ayından isə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsinə təyin olunub.

 


Dilara Babayeva maliyyə sektorunda 10 illik iş təcrübəsinə malikdir, Azərbaycan Dövlət İqtisad Universitenin Ümumi iqtisadiyyat fakültəsini Mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2006-cı ildən müxtəlif sahələrdə şöbə mühasibi, baş mühasib vəzifələrində işləyib, 2008-ci ildən “PAŞA Sığorta” ASC-də mühasib-mütəxəssis vəzifəsində çalışıb.
D.Babayeva 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin baş mühasibi vəzifəsinə, daha sonra 2011-ci ilin fevral ayından həmin şirkətdə İdarə Heyətinin üzvü vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə  təyin olunub. 2018-ci ilin yanvar ayından İdarə Heyətinin üzvü,Baş Maliyyə İnzibatçısı vəzifəsini icra edir.

Rüstəm Məmmədov marketinq və biznesin inkişafı üzrə 10 ilə yaxın təcrübəyə malikdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr pilləsini, 2015-ci ildə İspaniyada IE Business School-da Executive MBA (Master of Business Administration) dərəcəsini almışdır.
R.Məmmədov uzun müddət “Auto Azerbaijan” şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsində çalışıb, 2016-cı ilin fevral ayından isə “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü təyin edilib. 2018-ci ilin yanvar ayından İdarə Heyətinin üzvü,Baş Əməliyyat İnzibatçısı vəzifəsini icra edir.

 

 

  • Təftiş Komissiyası

  • Daxili audit xidməti
  • Baş mühasib

  • Məsul Aktuari