DİREKTORLAR ŞURASI

Mir Camal Paşayev 

Direktorlar Şurasının sədri

İDARƏ HEYƏTİ

 İdarə Heyətinin sədri - Mürsəl Sərdar oğlu Rüstəmov


Mürsəl Rüstəmov 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bakalavr, 2004-cü ildə magistratura pillələri üzrə fərqlənmə ilə bitirib, hüquq sahəsində ali təhsil alıb, 2008-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirərək iqtisadiyyat üzrə ali təhsilə yiyələnib.

M.Rüstəmov 2006-cı ilin iyul ayına kimi maliyyə və investisiyalar üzrə məsləhət xidmətləri göstərən "MP Consulting” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra “PAŞA Sığorta” ASC-də sığorta hadisələri və hüquqi təminat üzrə mütəxəssis, koordinator və direktor vəzifələrində işləyib, 2009-cu ilin aprel ayından həmin şirkətdə Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışıb. M.Rüstəmov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 

 

İdarə Heyəti sədrinin birinci müavini -Niyaz Rövşən oğlu İsmayılov

 

Niyaz İsmayılov ali təhsilini 2003-cü ildə Bakı Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində bakalavr, 2005-ci ildə isə magistr pillələri üzrə başa vurub. Sığortaçı kimi öz karyerasına anderraytinq üzrə mütəxəssis vəzifəsindən başlayıb, 2006-cı ilin sentyabr ayından “PAŞA Sığorta” ASC-də anderraytinq üzrə mütəxəssis işləyib, 2009-2010-cu illərdə həmin şirkətdə təkrarsığorta üzrə müdir, daha sonra anderraytinq və təkrarsığorta üzrə müdir vəzifələrinədək yüksəlib.

N.İsmayılov 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. 


İdarə Heyəti sədrinin müavini -Dilara Əli qızı Babayeva

 

Dilara Babayeva maliyyə sektorunda 5 illik iş təcrübəsinə malikdir, Azərbaycan Dövlət İqtisad Universitenin Ümumi iqtisadiyyat fakültəsini Mühasibat uçotu və audit ixtisası üzrə bitirib. 2006-cı ildən müxtəlif sahələrdə şöbə mühasibi, baş mühasib vəzifələrində işləyib, 2008-ci ildən “PAŞA Sığorta” ASC-də mühasib-mütəxəssis vəzifəsində çalışıb.

D.Babayeva 2010-cu ilin dekabr ayından “PAŞA Həyat Sığorta” ASC-nin baş mühasibi vəzifəsinə, daha sonra 2011-ci ilin fevral ayından həmin şirkətdə İdarə Heyətinin üzvü vəzifəsinə, 2016-cı ilin yanvar ayında İdarə Heyəti sədrinin müavini vəzifəsinə  təyin olunub. 


İdarə Heyətinin üzvü - Lalə Tahir qızı Cəfərova

 

Lalə Cəfərova hüquq sahəsində 10 ildən artıq təcrübəyə malikdir. 2002-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavr pilləsini, 2004-cü ildə həmin universitetinin Mülki və təsərrüfat hüququ ixtisası üzrə magistr pilləsini bitirib.

L.Cəfərova 2013-cü ilin aprel ayında “PAŞA Həyat Sığorta” ASC-nin İnsan resursları və hüquq şöbəsinin müdiri vəzifəsinə, 2014-cü ilin yanvar ayında İnsan resursları, hüquq və informasiya texnologiyaları departamentinin müdiri vəzifəsinə, 2016-cı ilin yanvar ayında Hüquq departamentinin direktoru vəzifəsinə, 2016-cı ilin fevral ayında İdarə Heyətinin üzvü vəzifəsinə təyin olunub.

İdarə Heyətinin üzvü - Rüstəm Vaqif oğlu Məmmədov

 

Rüstəm Məmmədov marketinq sahəsi üzrə 10 ilə yaxın təcrübəyə malikdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə İstanbul Universiteti İctimai Elmlər İnstitutunda Marketinq ixtisası üzrə magistr pilləsini, 2015-ci ildə İspaniyada IE Business School-da Executive MBA (Master of Business Administration) dərəcəsini almışdır.

R.Məmmədov 2016-cı ilin fevral ayından “PAŞA Həyat Sığorta” ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışır.

Təftiş Komissiyasının sədri -Vüqar Valeh oğlu Mustafayev

tel:012-567-32-36 e-mail:vmustafayev@pasha-life.az

Təftiş Komissiyasının üzvü -Nərmin Bəhram qızı İsgəndərova

tel: 012-567-32-36 e-mail: nisgandarova@pasha-life.az

Təftiş Komissiyasının müstəqil üzvü - Mahir Edil oğlu Eyvazov

tel: 012-567-32-36 e-mail: meyvazov@pasha-life.az

Daxili audit xidmətinin rəhbəri -Emil Əhməd oğlu İbrahimov

tel:012-567-32-36 e-mail:emibrahimov@pasha-life.az

Baş mühasib - Pərviz Cavanşir oğlu Quliyev

tel:012-567-32-36 e-mail:pguliyev@pasha-life.az

Məsul Aktuari - Fərid Mahir oğlu Abdullayev

tel:012-567-32-36 e-mail:faabdullayev@pasha-life.az