Javascript is not currently enabled in your browser.
You must enable Javascript to run this web page correctly.

İcbari
Əməkdaşlarınızı ola biləcək risklərdən sığortalayıb,onların və ailələrinin gələcəyini müdafiə edin!

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» Qanun, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanlarına aiddir və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində sığorta olunanların həyatına və sağlamlığına dəyən zərər nəticəsində onların peşə əmək qabiliyyətinin itirilməsi və ya ölümü ilə bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutur.

Sığorta təminatı Sığorta ödənişləri aşağıdakı hallarda nəzərdə tutulub:

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində ölüm;

İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin daimi tam itirilməsi.

Öz biznesinizi və özünüzü əlavə xərclərdən sığortalamış olursunuz!


İşəgötürən üçün üstünlüyü:

  • Bədbəxt hadisənin baş verməsi nəticəsində, maddi ödənişlərlə bağlı xərclərin olmaması;

  • İşçilərə kompensasiya verilməsi ilə bağlı şirkətin xərclərinin hesablanması;

İşçilər üçün üstünlüyü:

  • İşçinin və onun yaxınlarının bədbəxt hadisələrdən əhəmiyyətli maddi müdafiəsi;

  • Sığorta şirkətinin nümayəndələri tərəfindən tam məsləhət.

Ödənişlər üzrə istisnalar :

  • Sığorta hadisəsi sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda;

  • Sığorta hadisəsi sığorta olunanın əmək funksiyalarını icra edərkən alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə;

Sığortalı - sığorta olunanın xeyrinə icbari sığorta müqaviləsi bağlayan AR fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, dövlət orqanları;

Sığorta olunan - xeyrinə icbari sığorta müqaviləsi bağlanılan və sığorta ödənişi almaq hüququ olan şəxs;

Faydalanan şəxs - sığorta hadisəsi ilə əlaqədar sığorta ödənişi alan şəxsdir.

Bu növ sığortaya əsasən faydagötürənlər aşağıdakı şəxslər sayılır:

1.Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar;
2.Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda aşağıdakı şəxslər:

  • Sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər;

  • Sığorta olunanın ölümündən sonra doğulmuş uşağı;
    Sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü;


  • Sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər.

Sığorta tarifi Tariflər peşə riskinin dərəcəsindən və sığorta olunanların kateqoriyalarından asılı olaraq aşağıdakı kimi müəyyən edilir:

  • Qulluqçular üçün (rəhbərlər, mütəxəssislər, texniki icraçılar) 0.2-0.5% arasında;

  • Fəhlələr üçün 0.4-2.0% arasında.

  • Aylıq sığorta ödənişi - sığorta olunanın peşə əmək qabiliyyətinin müəyyən olunmuş müddətdə qədər itirməsi nəticəsində orta aylıq əmək haqqı həcmində verilən pul təzminatıdır;

  • Birdəfəlik sığorta ödənişi aşağıdakı hallarda verilir:
    Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana əlillik növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;

  • Sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda.

Əlavə sığorta ödənişi - sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunana müalicəyə, əlavə qidalanmaya, dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzinin ödənilməsinə görə verilən pul təzminatıdır. Əlavə sığorta ödənişi - TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə verilir.

Sizə uyğun sığorta məhsulu haqqında daha ətraflı məlumat almaq üçün (012) 942 nömrəsinə zəng vurun.