Javascript is not currently enabled in your browser.
You must enable Javascript to run this web page correctly.

About

  • Həyat sığortası nə üçün lazımdır?
    • Özümüzün və ailəmizin həyatın hətta ən çətin vaxtlarında belə mənəvi və maddi rahatlığı üçün.Həyat sığortası əmək qabiliyyətinin itirilməsi, hansısa sağalmaz xəstəliyə tutulmaq, hər hansı səbəbdən ölüm kimi hadisələrin qarşısını almır. Amma, bu hadisələrin hansısa biri baş verdikdə onun yaratdığı fəsadların, törədə biləcəyi ağır nəticələrin, ailə ilə bağlı planların pozulmasının qarşısını almaqda kömək edir.Bizi isə ən çox maraqlandıran nədir? Ailəmizin maddi-mənəvi rahatlığı, təhsil və gələcəklə bağlı planlarımızın davam etməsi.
  • Həyat sığortası ailəmi necə qoruyur?
    • “PAŞA Həyat” sizin və ailənizin sağlam-rifahlı gələcəyinə təminat verir.
      Bizim məhsullarımızdan istifadə etməklə nəinki bədbəxt hadisələrdən qorunmuş olursunuz, hətta daha çox gəlir əldə etmək imkanı da qazanırsınız;
      Gəlirin artırılması və investisiya: Yığım sığortasına qoşulmaqla siz həm vergi güzəştlərindən, həm də maliyyə alətlərinin gətirdiyi gəlirlərdən faydalanaraq müəyyən olunmuş müddətin sonunda daha çox bütöv məbləğ əldə edirsiniz. Bu məbləği ailənizin ev almaq, hansısa böyük məbləğ tələb edən ehtiyacını qarşılamaq üçün istifadə edə bilərsiniz.
      Maddi-mənəvi çətinliklərin azaldılması: Heç kim istəməz ki, onun başına nəsə bir hadisə gəlsin və bütün planları alt-üst olsun. Bizim hamımızın uşaqlarımızın təhsili ilə bağlı, xoşbəxt ailə, həmçinin bizneslə bağlı digər planlarımız var. Həyat sığortası məhsulu almaqla siz, övladınızı istədiyiniz orta və ya ali təhsil müəssisəsində təhsilini davam etdirməyini təminat altına alırsınız. Həmçinin sizin işləyərək gəlir gətirə bilmədiyiniz hallarda ailəniz “sanki siz işləyirsiniz” prinsipi ilə aylıq sabit gəlir əldə edir.
  • Həyat sığortası hansı yaşda adamlar üçün lazımdır?
    • Bədbəxt hadisə ancaq müəyyən yaşa çatdıqdan sonra baş versəydi onda həyat sığortası da elə ancaq o yaşa çatmış insanlar üçün vacib olardı. Lakin, həyat əvvəldən sona qədər qeyri-müəyyənliklərlə doludur və yaşa baxmır.
      Ona görə də, “PAŞA Həyat” şirkəti olaraq biz hər yaşda, hər iş kateqoriyasında olan insanları düşünürük və hər kəs üçün həyatın hər anında köməklik edə biləcəyimiz məhsullar hazırlayırıq.